20 C
Baku
28 İyun 2025, 4:53
Baş xəbərHadisə

22 insan alverçisi tutuldu

Bugun.tv xəbər verir ki, Ötən həftə Ədirnədə “insan alveri” iddiası ilə saxlanılan 39 şübhəlidən 22-si həbs edilib. Hüquq-mühafizə orqanları qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yoxlama və nəzarəti davam etdirir. Komandalar şəhər mərkəzində və rayonlarda bir çox məntəqələrə baxış keçiriblər. Yoxlamalar zamanı insan alveri ilə məşğul olmaqda şübhəli bilinən 39 nəfər saxlanılıb. “İnsan alveri” ittihamı ilə nəzarətə alınan şübhəlilər əməliyyatlarından sonra Ədirnə Ədliyyəsinə gətirilib.

TRT Haber-in məlumatına görə, Şübhəlilərdən 22-si prokurorluqdakı ifadələrinin ardından Sülh Ceza hakimliyi tərəfindən həbs olundu. Digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar. Ədirnədə son bir həftədə təhlükəsizlik qüvvələri şəhər mərkəzi və rayonlarda bir çox məntəqədə yoxlama aparıb. Yoxlamalar zamanı Banqladeş, Suriya, Pakistan, Əfqanıstan və İraq vətəndaşı olan 852 qeyri-qanuni mühacir tutulub. Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Bakıda BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə təlim təşkil olunub

Elnarə Dərziyeva

5,7 bal gücündə zəlzələ baş verdi

Aynur Camal

“AZƏRBAYCAN QADINLARI ÇOX ŞANSLIDIR…”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu