Terrakota Ordusu, Çin tarixi, qədim heykəllər, barmaq izi araşdırması, Çin arxeologiyası, qadınların tarixi, qədim uşaqlar, Çin Şi Huang
Dünya

2200 illik heykəllərdə qadın və uşaqların barmaq izləri aşkarlandı

Bugun.tv xəbər verir ki, Çində təxminən 2200 il əvvəl hazırlanmış məşhur Terrakota Ordusunun heykəllərində aparılan barmaq izi araşdırması onların hazırlanmasında təkcə yetkin kişilərin deyil, qadınların və 15 yaşdan kiçik uşaqların da iştirak etmiş ola biləcəyini üzə çıxarıb.

Çinin ilk imperatoru Çin Şi Huangın Sian şəhəri yaxınlığındakı məzarını qorumaq məqsədilə yaradılan Terrakota Ordusu minlərlə canlı ölçülü gil heykəldən ibarətdir. Heykəllər qədim dövrün əsgərlərini, atlarını və döyüş arabalarını təsvir edir.

79 barmaq izi araşdırılıb

Sian şəhərindəki İmperator Məqbərəsi Muzeyinin tədqiqatçısı Syaosi Linin rəhbərlik etdiyi araşdırma qrupu ordunun birinci qazıntı sahəsində yerləşən T23 bölməsindəki 36 heykəldə müəyyən edilmiş 79 barmaq izini təhlil edib. İzlər heykəllərin qollarında, zirehlərində və baş nahiyələrində aşkarlanıb.

“Journal of Cultural Heritage” elmi jurnalında dərc edilən araşdırmada barmaq izlərindəki xətlərin arasındakı məsafələr ölçülərək onların sahiblərinin yaşları barədə ehtimallar irəli sürülüb.

Terrakota Ordusu, Çin tarixi, qədim heykəllər, barmaq izi araşdırması, Çin arxeologiyası, qadınların tarixi, qədim uşaqlar, Çin Şi Huang

İzlərin təxminən üçdə biri qadınlara aid ola bilər

Tədqiqat modelinin nəticələrinə əsasən, araşdırılan izlərin 45 faizinin yetkin kişilərə, 32,7 faizinin yetkin qadınlara, 22,3 faizinin isə 15 yaşdan kiçik uşaqlara aid ola biləcəyi ehtimal edilir.

Alimlər bu nəticələrin heykəllərin hazırlanmasında müxtəlif yaş qruplarından olan insanların iştirak etdiyinə dair bioloji izlər təqdim etdiyini bildirirlər.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, araşdırma yalnız məhdud bir sahəni əhatə etdiyindən nəticələri bütün Terrakota Ordusuna aid etmək olmaz. Digər qazıntı sahələrində aparılacaq əlavə araşdırmalar qədim Çində heykəllərin hazırlanmasında iştirak edən insanların tərkibi və əmək bölgüsü barədə daha ətraflı məlumat verə bilər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu