Bugun.tv xəbər verir ki, Batmanda bir fermer avtomobilində 25 santimetr uzunluğunda ətyeyən çəyirtkəyə rast gəlib. Mütəxəssislər, onun adının saga ephippigera olduğunu bildiriblər.
Çəyitikəni avtomobilində ilk görən isə Gercüş rayonunda yaşayan fermer Edip Turqut olub.
Rayon Kənd Təsərrüfatı və Meşə Müdiri Mətin Kaplan, uzunluğu 20-25 santimetrə çatan bu çəyirtkə növünün arpa və buğda biçinindən sonra intensiv şəkildə müşahidə edildiyini deyib. “Məhsul biçilən zaman qida çatışmazlığından əziyyət çəkən çəyirtkələr yaşayış məntəqələrinə gəlir. Ona gecə vaxtı daha çox rast gəlinir”.
Mütəxəssislər böcəklər və kənd təsərrüfatı zərərvericiləri ilə qidalanan saga ephippigera tipli çəyirtkələrin fermerlər üçün lazımlı olduğu və qorunmasının gərəkliyini vurğulayıblar.
