Bugün.tv REUTERS -ə istinadən bildirir ki, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə Rusiyanın blokada etdiyi Qara dənizdən taxıl ixracını bərpa etmək və milyonlarla insanın üzləşdiyi aclıq riskini azaltmaq məqsədi daşıyan danışıqlarda irəliləyişi alqışladılar.
Rusiya, Ukrayna, Türkiyə və BMT gələn həftə Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməyə yönəlmiş saziş imzalamalıdırlar, lakin BMT-nin rəhbəri Antonio Quterreş xəbərdarlıq edib ki, “hələ uzun yol var”.
“Biz irəliyə doğru mühüm bir addım gördük” -deyə Quterreş Nyu Yorkda bildirib. “İndi bugünkü irəliləyişi reallaşdırmaq üçün daha çox texniki iş tələb olunacaq. ”
Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, gələn həftə imzalanacaq saziş limanlarda yüklərin yoxlanılmasına birgə nəzarət və Türkiyənin Qara dənizdəki ixrac marşrutlarının təhlükəsizliyini əhatə edir. Türkiyə həmçinin taxıl ixracı üçün Ukrayna, Rusiya və BMT ilə koordinasiya mərkəzi yaradacaq.