Təqvimdə xüsusi işarələdiyimiz, Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən önəmli günlərindən biri də 26 iyun Silahlı Qüvvələr günüdür. Məhz bu tarixdə ilk milli ordumuz yaradılıb. Bu gün həmin vaxtdan105 il ötür.
“Dövləti qurmaqdan daha çətin məsələ onu qorumaqdır. Hər bir dövlətin varlığının qorunmasında ordu faktoru müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Ordusu “dünyanın ən güclü ordusu” reytinqində ön sıralarda olan, NATO standartlarına uyğun döyüş qabiliyyətinə malik ordulardandır. Ordu quruculuğu dövlətimizin uğurla irəlilədiyi sahələrdən biridir”.
Bi fikirləri Bugun.tv-yə müsahibəsində Milli Məclisin deputatı, sabiq hərbçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin əmrinə uyğun olaraq Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. “Müstəqillik illərində Azərbaycan Ordusu hər cür texnologiya ilə təmin olunub. Belə ki, “Əsrin müqaviləsi”ndən gələn gəlirin yönləndirildiyi önəmli sahələrdən biri də ordu quruculuğuna sahəsi idi. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. O dağ, səhra şəraitində, suda, havada birmənalı şəkildə döyüş performansı olan və yeni texnologiyaları mənimsəmiş milli kadr potensialı ilə kompleksləşmiş ordudur. Türkiyə standartlarına uyğun Komando tipli döyüş qabiliyyətli hərbi hissələrin yaradılması da ordu quruculuğu prosesində mühüm məsələlərdəndir”.
Sonda Arzu Nağıyev əlavə etdi ki, Azərbaycan Ordusu bu gün vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu hərbi akademiyaların müdavimləri olduğu qalib generallarla təmsil olunan ordudur:
“Bu orduda xidmət etmək şərəfdir. 44 günlük müharibədə qələbə çalan Azərbaycan Ordusu ermənilərin öz orduları haqda yaratdığı mifi darmadağın etdi. 30 illik vandalizmin nəticələri 44 günə aradan qaldırdı.Bütün bunların fonunda mən də öz növbəmdə Azərbaycan xalqının nümayəndəsi olaraq hər sınaqdan alnıaçıq çıxan Müzəffər Azərbaycan Ordusunu təbrik edirəm. Bu gün hərbi akademiyalarda yetişən kursantlara gələcəyin generalları olmağı arzulayıram və müstəqilliyimizi borclu olduğumuz şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Müxbir: Aynur Ruslan