Hindistanda 260 nəfərin ölümü ilə nəticələnən Air India təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələri Amerikanın Boeing və Honeywell aviasiya şirkətlərini məhkəməyə verib.
İyunun 12-də baş verən dağıdıcı təyyarə qəzasında Hindistanın Əhmədabad şəhərindən Böyük Britaniyaya uçan sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb, 260 nəfər həlak olub.
BBC-nin məlumatına görə, iyunun 12-də Hindistanın Qucarat əyalətində qəzaya uğrayan Air India təyyarəsində həlak olan sərnişinlərdən dördünün ailələri ABŞ-da məhkəmə davasına başlayıb.
AİLƏLƏRİN İDDİASI
Ailələr aviasiya şirkəti Boeing və təyyarə hissələri istehsalçısı Honeywell-i səhlənkarlıqda ittiham edərək məhkəməyə veriblər.
Yanacaq açarlarının nasaz olmasının qəzaya səbəb olduğunu iddia edən ailələr, şirkətləri təyyarənin dizaynına xas risklərdən xəbərdar olmalarına baxmayaraq “heç nə etməməkdə” günahlandırdılar.
HİNDİSTANDA TƏYYARƏ QƏZASI
İyunun 12-də Qucarat ştatının Əhmədabad şəhərindəki Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından İngiltərənin Qatvik hava limanına uçan sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra Meqani Naqar bölgəsində qəzaya uğrayıb.
Sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla qəzada ölənlərin sayının 260 olduğu açıqlanıb.
Qəza ilə bağlı ilkin hesabatda məlum olub ki, qəzaya uğrayan təyyarənin hər iki mühərrikinə yanacaq axını havaya qalxdıqdan bir neçə saniyə sonra kəsilib. Bu, hər iki mühərrikin bağlanmasına və təyyarənin itkisinə səbəb olub.
Mülki Aviasiya Baş İdarəsi (MGM) iyulun 21-dək ölkədəki bütün Boeing 787 və 737 təyyarələrində yanacaq açarlarının yoxlanılmasını əmr edib.
Hindistan hava yolu şirkəti Air India, Boeing 787 və 737 tipli təyyarələrin mühərriklərinə yanacaq axınının kəsildiyi təsbit edildikdən sonra yanacaq açarlarında başladılan yoxlamaların tamamlandığını və heç bir problem aşkar edilmədiyini açıqlayıb.
Mənbə: EnSonHaber