10 C
Baku
12 Dekabr 2024, 19:54
Digər

28 May-Müstəqillik Günü

11-ci əsrdə Səlcuqların ölkəmizi istilası ilə Azərbaycan xalqının formalaşma prosesi başa çatdı.Milli kimliyini unutmuş bu xalq tarix boyu müxtəlif imperiyaların əsarəti altında qalmışdı.20-ci əsri keçmişlə yeni dünya arasında “körpü” adlandırmaq olar.Bu dövrdə müstəmləkəçilik tendensiyası sıradan çıxaraq yerini milli dövlətlərə buraxdı.
Çar Rusiyasının süqutu ilə yaranan tarixi imkanlardan istifadə edərək 1918-ci il 28 may tarixində  M.Ə.Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Respublikası elan olundu.

AXC- bütün müsəlman Şərqində ilk parlamentli Respublika idi.Cəmi 23 ay yaşamasına baxmayaraq o Azərbaycan xalqını milli kimliyi ilə tanış etdi, onu bir bayraq altında birləşdirdi və 73 il sonra yenidən qurulacaq xələfinə zəngin irs buraxdı.
70 illik əsarətdən sonra 1991-ci ildən Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu və özünü AXC -nin hüquqi varisi elan etdi.Ulu öndər H.Əliyevin başçılığı ilə Müstəqil Azərbaycan Respublikası yenidən formalaşdı.
Artıq 30 ildir ki, biz toxumları bir əsr öncə səpilmiş hürriyyət havası ilə tənəffüs edirik.
2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü təmin etməklə  varlığımızı və uzun müddət var olacağımızı bütün dünyaya sübut etdik.
Müstəqilliyimiz bir muzeydə gecə- gündüz keşiyində durulan dünyanın ən qiymətli ləl-cəvahirindən daha qiymətlidir. Çünki onu qanımız bahasına almışıq.
Yaşasın tarix boyu hər zərrəsini şəhid qanı ilə aldığımız Müstəqil Azərbaycan!

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

BQXK-nın Azərbaycan nümayəndəliyinin başçı əvəzi Beata Skvarska LGBT üzvü olan Laura Sesennanı niyə qoruyur?

Bugün TV

Almaniya prezidenti Tanzaniyadan ölkəsinin müstəmləkə dövründə törətdiyi cinayətlərə görə bağışlanmasını istədi

Teymur Əziz

Məcburi köçkünlərin mənzilləri satışdadı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu