14 C
Baku
26 Aprel 2025, 1:34
Baş xəbərSosial

29 sakin işlə təmin edildi

Bugun.tv xəbər verir ki, Talış kəndinin 29 sakini işlə təmin olunub, 9 sakin isə özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd edilib ki, proses müxtəlif vakansiyalar üzrə aparılıb.

Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonu, Talış kəndinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə kəndə köçürülən 20 ailə ilə görüşlər keçirilib. Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib.

Agentlik tərəfindən kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həmin şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə kiçik təsərrüfatlarını yaratmaları üçün avadanlıqlar veriləcək.

Talış kəndində fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır.

Proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi

Aynur Camal

Rubl “çökməkdə” davam edir

Bugün TV

Sosioloji Tədqiqatlar Mərkəzi 125 seçki məntəqəsində “exit-poll” keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu