24 C
Baku
10 İyul 2025, 12:36
Baş xəbərSosial

3–5 iyul 2025-ci il tarixlərində Berlində 35-ci Qlobal Qadın Sammiti keçirildi

Bugun.tv xəbər verir ki,  “Women: Restoring Values in the Digital Age” – “Rəqəmsal dövrdə dəyərlərin bərpası” mövzusuna həsr olunmuş yubiley sammiti keçirilib.

“Sammitin əsas məqsədi qadınların iqtisadi gücləndirilməsi, onların biznes və liderlik sahələrində rolunun artırılması, eyni zamanda ölkələr arasında təcrübə və əməkdaşlıq platformasının yaradılması idi” deyə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyevaya məlumat verib.

O qeyd edib ki, sammit çərçivəsində qadınların iqtisadi liderliyinin gücləndirilməsi, rəqəmsal transformasiya dövründə gender təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, gənc liderlərin cəmiyyətə təsiri və digər qlobal çağırışlar ətrafında müzakirələr aparılıb.

Hər il keçirilən bu beynəlxalq tədbirdə dünyanın 60-dan çox ölkəsindən qadın nazirlər, təşəbbüskarlar, biznes liderləri və ictimai fəallar iştirak edir. Bu ilki sammitdə Azərbaycan da təmsil olunub. Tədbir çərçivəsində iştirakçılar üçün yeni tanışlıqlar, ortaq təşəbbüslər və fikir mübadiləsi imkanları yarandı. Müzakirələr zamanı irəli sürülən ideyalar inkişaf, dayanıqlı əməkdaşlıq və qadınların qlobal proseslərdə aktiv rol alması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Belə nüfuzlu beynəlxalq forumu uğurla təşkil etdikləri üçün Sammitin prezidenti İrene Natividad və təşkilatçılara “Sağlamlığın Qorunması” İctimai Birliyi adından təşəkkürümüzü bildiririk.

Aynur Camal

Oxşar xəbərlər

Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadındır

Teymur Əziz

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq

Bugün TV

İraqda qum fırtınası nəticəsində 500-dən çox insan xəstəxanaya yerləşdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu