Bugun.tv xəbər verir ki, Şərqi Afrika blokunun Hökumətlərarası İnkişaf Təşkilatı üç dövlət başçısını vasitəçilik etmək üçün Sudana göndərəcək.
Bildiriir ki, Keniya, Cənubi Sudan və Cibuti liderləri ən qısa zamanda paytaxt Xartuma gedəcəklər. Nümayəndə heyətinin nə vaxt yola düşəcəyi məlum deyil.
Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd də Sudana gedəcəyini açıqlayıb.
Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Nəticədə 10-larla insan həyatını itirib.
Mənbə: TRT haber
