Bugun.tv “TRT Haber”-ə istinadən xəbər verir ki, Bakırköy sahil yolunda hərəkət edən avtomobil sürücünün idarəetməsindən çıxıb, yol kənarındakı 3 avtomobilə çırpılaraq aşıb. Qəzada 4 nəfər yaralanıb.
Gecə saat 02:30 radələrində Kennedi prospektində baş verən qəzada adı məlum olmayan avtomobilin sürücüsü Eminönü istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu arada zərbənin gücündən savrulan avtomobildə avtomobilləri ilə hərəkət etməyə hazırlaşan 3 nəfər yüngül xəsarət alıb. Aşan avtomobilin sürücüsü yerində qalıb.
Qəzanı görən ətrafdakı vətəndaşlar vəziyyəti polis, sağlamlıq və xilasetmə qruplarına xəbər verib. Hadisə yerinə gələn qruplar yuvarlanan avtomobildə sıxışan sürücünü xilas edərək sağlamlıq qruplarına təhvil verib. Qəza yerində ilkin tibbi yardım göstərilən sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.Digər tərəfdən, park edilmiş avtomobillərində yüngül xəsarət alan 3 nəfər hadisə yerində ilk müdaxilənin ardından ətrafdakı xəstəxanalara aparılıb. Qəzaya uğrayan avtomobillər evakuatorların köməyi ilə olduqları yerdən çıxarılıb.
Qəza zamanı park edilmiş avtomobili zədələnən Esin Yanbakan, “Gedirdim. Tüstü gördüm, dua etdim ki, Allahım, inşallah, maşınıma bir şey olmasın. Mənim maşınıma da vurdu, gələndə gördüm. Yaralılar var, onlardan birinin vəziyyətinin ağır olduğunu düşünürəm, ”- deyə o bildirib.
Polis qrupları qəza ilə əlaqədar araşdırma başladıb.
Müxbir: İntizar Əmirova