Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməsi ilə qoyulub.
Tariximizə Milli Qurtuluş Günü kimi yazılan iyunun 15-i Vətənin parçalanması, vətəndaş müharibəsinin qarşısının alınması kimi bir missiyanın başlanğıcı idisə, oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının göstərdiyi siyasi iradə mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün hüquqi qurtuluş, inkişafa gedən yolun ilk pilləsi idi.
3 oktyabr Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi, güclü və müstəqil Azərbaycanın seçkilər yolu ilə etibarlı təməlinin qoyulduğu gündür.