33 C
Baku
20 İyul 2025, 18:53
Baş xəbərTexnologiya

Neptunun yeni görüntüləri hər kəsi heyrətə saldı

Bugün. tv-nin BBC NEWS- dan əldə etdiyi məlumata əsasən, NASA-nın Ceyms Uebb kosmik teleskopu Neptunun heyrətamiz yeni şəkillərini çəkib.

30 ildir görünməyən Neptunun təfərrüatları James Webb teleskopu ilə aşkarlanıb.

Bu, 1989-cu ildə Neptun yaxınlığından keçərkən Voyager 2 tərəfindən çəkilən şəkillərdən sonra planetin bu qədər təfərrüatlı təsvirinin alınması ilk dəfədir.

Kosmik teleskopun infraqırmızı alətlərinin istifadə etdiyi texnologiya buna böyük təsir göstərir.

Buz nəhəngi olaraq da bilinən Neptunu əhatə edən halqalar və toz zolaqları fotolarda görünə bilər.

Alimlər ümid edirlər ki, müxtəlif bulud konfiqurasiyaları da Neptunun atmosferi ilə bağlı araşdırmalara işıq salacaq.

Neptundan kənarda planetin 14 peykinin yeddisini də müşahidə etmək olar.

Bunlardan ən görkəmlisi olan Triton, James Webb teleskopu ilə çəkilmiş şəkillərdə ulduza bənzər bir forma malikdir.

 Bunun infraqırmızı dalğa uzunluqlarında metanın udulması nəticəsində teleskopun obyektivində Neptunun daha qaranlıq görünməsinə səbəb olduğu bildirilir.

 Triton isə son dərəcə parlaqdır və onun buzlu səthinə düşən günəş işığının orta hesabla 70 faizini əks etdirir.

Aynur Camal

Oxşar xəbərlər

“Əlil Qadınlar Cəmiyyəti”i dövlət qurumlarının qatıldığı dəyirmi masada 6 aylıq hesabatını açıqlayıb

İntizar Əmirova

XİN: “ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatını şiddətlə qınayır və rədd edirik”

Bugün TV

Müşavir Müzəffər Məhəmmədi Nizamini “fars şairi” adlandırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu