21 C
Baku
15 Mart 2025, 11:49
Baş xəbərDünya

30 min insan təhlükə altındadır

Qvatemalada Fueqo vulkanı püskürüb, 300 ailə təxliyə edilib və bölgədəki 30 min insana risk altında ola biləcəkləri barədə xəbərdarlıq edilib.

Fueqo vulkanının püskürməsi bazar ertəsi gecə başlayıb və gün ərzində səmaya tünd kül buludunu püskürtməyə davam edib.

Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ətrafdakı məktəbləri və icmaları birləşdirən əsas yolu bağlayıb.

Qvatemalanın Conred fəlakət mərkəzi bildirib ki, ispan dilində “atəş” mənasını verən Fueqo vulkanı “vulkanik kompleksin vadiləri vasitəsilə” qaz, kül və qaya parçalarının yüksək temperaturlu qarışığı olan “piroklastik axınlar” göndərir.

Rəsmilər vulkanik material axınının zəif və orta səviyyədə olduğunu, lakin artacağı gözlənildiyini bildirib.

“Bölgədə 30-a yaxın insan təhlükə altındadır və biz onları təxliyə etməyə və ya özlərini təxliyə etməyə çalışırıq” deyə təbii fəlakət agentliyinin katibi Klaudin Uqalde bildirib.

Qvatemala şəhərindən təxminən 60 kilometr cənub-qərbdə yerləşən 3750 metr hündürlüyündəki vulkan Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir. Adətən 4-5 ildən bir püskürür, lakin sonuncu dəfə 2023-cü ilin iyununda püskürüb. Bu partlayış zamanı mindən çox insan təxliyə edilib.

2018-ci ildə baş verən partlayışda 194 nəfər ölüb, 234 nəfər itkin düşüb.

Qvatemalada daha iki aktiv vulkan var: ölkənin qərbində Santiaguito və cənubda Pacaya.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Avtobus aşdı: 10 yaralı var

Kəmalə Sultan

Marmarisdə Rodosda baş verən yanğınla əlaqədar 95 turist təxliyə edildi

Kəmalə Sultan

İstanbulda Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu