3 C
Baku
14 Dekabr 2025, 14:54
Baş xəbər

300-ə yaxın müdavim peşələrə yiyələndi

Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi peşə hazırlığı kursları davam edir.

Kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev kurslara cəlb olunmuş müdavimlərlə görüşüb. O bu kursların keçirilməsinin doğma yurdlarına qayıdacaq sakinlərin qısa zaman ərzində yeni peşələrə yiyələnməsinə dəstək məqsədi daşıdığını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Uşaq mübahisə edərək anasını bıçaqlayaraq öldürdü

Teymur Əziz

Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunacaq

Aynur Camal

Göyçayda  “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu