Baş xəbər

“31 Dekabr həm həmrəyliyimizin, həm də milli qürurumuzun bayramıdır”

Milli Məclisin deputatı Ceyhun Məmmədov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə paylaşım edib.

Deputat bildirib ki, dekabrın 31-i Azərbaycan xalqı üçün ikiqat bayram olmaqla yanaşı, milli birliyimizin və həmrəyliyimizin rəmzidir.

Ceyhun Məmmədov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Onun sözlərinə görə, 1991-ci ildə bu günün təsis olunması dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının Azərbaycançılıq ideyası ətrafında birləşməsinə güclü təkan verib və milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edib.

Deputat vurğulayıb ki, geridə qoyulan illər Azərbaycanın siyasi tarixində böyük Zəfərlərlə yadda qalıb. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz suverenliyini tam bərpa edib, torpaqlarımız işğaldan azad olunub və Vətən həsrətinə son qoyulub. Bu nailiyyətlərin bütün dünya azərbaycanlılarının birliyinin və dövlət başçısının qətiyyətli siyasətinin nəticəsi olduğunu qeyd edib.

Ceyhun Məmmədov əlavə edib ki, Azərbaycan xalqı artıq altıncı ildir Yeni ili Bütöv Azərbaycan və Zəfər ruhu ilə qarşılayır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin hər bir azərbaycanlıda qürur hissi yaratdığını deyən deputat, birliyin daha da möhkəmləndirilməsinin ölkənin tərəqqisi üçün vacib olduğunu bildirib.

Paylaşımının sonunda deputat həmvətənlərə xoş arzularını çatdıraraq, qarşıdan gələn ildə Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini, hər bir ailədə xoşbəxtlik və firavanlıq olmasını arzulayıb. O, dünyada yaşayan bütün soydaşların üzünün hər zaman gülməsini diləyərək, həmrəyliyin daimi, birliyin isə sarsılmaz olmasını vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu