Buguntv 31 Mart soyqırımı ilə bağlı şəhərdə sorğu keçirdi. Sorğu nəticəsində sakinlər öz fikirlərini bizə danışdılar.
“31 Mart Azərbaycanın soyqırımıdır. O zaman Rus-erməni bolşeviklərinin hərəkatı ilə ölkəmizdə böyük talanlar törədilib. Bir neçə rayonlarda -Salyan, Quba, Nefçala və Bakının özündə soyqırım baş verib”,- şəhər sakini bildirib.
“1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş qətldir. Bu soyqırımda 12 min insan qətlə yetirilib və on minlərlə vətəndaşımız itkin düşüb. Burada tək Ermənistanın yox, Rusiyanın da əlinin olduğunu deyə bilərik. 20 Yanvar hadisəsi, Xocalı faciəsi də bunun davamı olaraq, xalqımızın başına gətirilən ən böyük müsibətdir”. “Biz bu tarixləri, bu faciələri heç zaman unutmamalıyıq. İllər keçsə də, Azərbaycana qarşı törədilən terror aktlarını, qətliamı ilk günkü kimi xatırlamalı, yeni nəsilə bu barədə məlumat ötürməliyik ”.
Müəllif: Qaytən Qasımzadə