19 C
Baku
28 İyun 2025, 9:04
Baş xəbərMədəniyyət

“Narkomaniyaya yox deyək…”

Bugun.tv xəbər verir ki, 15 dekabr 2022-ci il tarixində Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən M.Kələntərli adına Sənətkarlıq klubunun təşkilatçılığı ilə, Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində “Dövrümüzün Fəlakətli Bəlası olan narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

 

Tədbirdə M.Kələntərli adına klubun müdiri Xatirə Əkbərova əsrimizin bəlası olan narkomaniyanın gətirdiyi bəlalarından söhbət açıb.

Tədbirdə klubun “bədii qiraət” dərnəyinin üzvləri ” narkomaniya yox deyək” adlı hazırladığı səhnəcik ve şeirlərlə çıxış ediblər.

 

Lənkəran ŞPRS- nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis Polkovnik- leytenantı Anar Həbibzadə, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən, əldə olunan nəticələrdən danışıb

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov , Lənkəran şəhər Gənclər və İdman idarəsinin nümayəndəsi Yusif Xamiyev də  çıxış ediblər.

 

Həmçinin F.Hüseynov adına Mamusta kənd Folklor evinin dərnəyinin üzvlərinin narkomaniyaya yox deyək şəkilləri sərgilənib.

Sonda M.Kələntərli adına Sənətkarlıq klubunun üzvü Zümrüdün ifasında uşaqları birliyə çağıran mahnı ilə tədbir yekunlaşıb.

 

Oxşar xəbərlər

Qlobal Cənub ölkələrinin QHT Forumu Azərbaycanın məsuliyyətli tərəfdar olduğunu nümayiş etdirdi ŞƏRH

Aynur Camal

Dünya Ananas Günü

Aynur Camal

ABŞ səfirliyi “qan gölünə” çevrildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu