BBC NEWS-un məlumatına görə, BMT-nin İnkişaf Proqramı bildirib ki, “tarixi razılaşma” adlı sammit (COP 15) öz işinə başlayıb.
Biomüxtəlifliyin “davamlı istifadəsi” sammitin əsas məqsədlərindən olub.
Eyni zamanda dünya millətləri ekosistemlərin saxlanması, gücləndirilməsi və bərpası, genetik müxtəlifliyin qorunması, o cümlədən növlərin nəsli kəsilməkdə olan növlərin və biomüxtəlifliyin itirilməsini dayandırmaq üçün real tərəqqiyə doğru addımlar atmağa çağırılıb.
Monreal sammiti təbiəti bərpa yoluna çıxarmaq üçün “son şans” kimi qiymətləndirilib. “Bitkilərdən gələn dərmanlar kimi təbiətdən əldə edilən sərvətlərin ədalətli və bərabər şəkildə bölüşdürülməsini və yerli xalqların hüquqlarını qorumalıyıq!”, “təbiətlə münasibətimizi həqiqətən dəyişdirmək və ekosistemlərin, yaşayış yerlərinin və növlərin məhv edilməsini dayandırmaq üçün daha da irəli getməliyik yoxsa gələcək məhv olar!”, “təbiət bizim gəmimizdir. Biz onun suda qalmasını təmin etməliyik!” – deyə sammit də çıxışlar zamanı bildirib.
Alimlər xəbərdarlıq ediblər ki, meşələrin və çəmənliklərin görünməmiş sürətlə itirilməsi və okeanların çirklənmənin təzyiqi altında olması ilə insanlar Yer kürəsini təhlükəyə itələyirlər. Bunların davam etməsi SAR CoV-2, Ebola və HİV kimi xəstəliklərin riskinin artırılmasına səbəb ola bilər.
Qeyd edilib ki, planetimizdə biomüxtəlifliyin qorunmasına yönəlmiş ətraf mühit işi pandemiya ya görə yarımçıq qalmış hədəflərdən idi. İndi isə əsas tıxanma nöqtəsi maliyyə olduğu bildirilib.
Millətlərarası bağlanan sazişdə 2030-cu ilə qədər planetin üçdə birini təbiət üçün mühafizə etmək barədə razılığa gəlinib.