14 C
Baku
29 Mart 2026, 12:27
Baş xəbərDünya

Böyük Britaniya Sepah-ı terror təşkilatı kimi tanıyıb

Xarici Xəbərlər. 

Böyük Britaniya İİİKK-nu ( İran İslam İnqilabı Keşikçiləri Korpusu ) yəni “Sepah”-ı terror təşkilatı adlandırıb.

Aİ-nın sanksiyalar tətbiq etdiyi “Sepah” son illər Yaxın Şərqdə və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətləri dəstəkləyib, günahsız insanlara qarşı zorakılıq və edamlara səbəb olub. Aİ ilə yanaşı 2019 cu ildən ABŞ-da İİİKK-nı terrorçu təşkilatlar siyahısına salmağı qərarlaşdırıb.

Tori millət vəkili və İsrailin Mühafizəkar Dostları Təşkilatının parlament  sədri Stephen Crabb bildirib ki, beynəlxalq ictimaiyyətin İrana qarşı daha güclü və aydın düşünülmüş addımlar atması çox, çox vacibdir.

Qeyd olunub ki, SEPAH-a mənsub olmaq, onun iclaslarında iştirak etmək, onun loqosunu ictimai yerlərdə daşımaq və ya onun fəaliyyətini dəstəkləməyə təşviq etmək cinayət sayılır.

Xatırladılıb ki, hələ keçən ilin noyabrından bu qrup Böyük Britaniyada yaşayan şəxsləri qaçırıb və hətta öldürüb. Təkcə yanvar ayından bu yana ən azı 10 belə potensial təhlükənin şahidi olunub.

Məlumata görə, Britaniyanın Tehrana qarşı siyasətinin ciddi şəkildə sərtləşdirməsi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün də atılmış bir addımdır.

Mənbə : The Daily Telegraph

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu