Türkiyənin İğdır vilayətində yerləşən Əlican sərhəd-keçid məntəqəsi 35 ildən sonra Ermənistandan gələn yardımı qəbul etmək üçün açılıb.
Türkiyədə bazar ertəsi günü baş vermiş zəlzələdən sonra bu ölkəyə beynəlxalq yardımlar gəlməkdə davam edir. Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç Twitter hesabında bunları yazıb: “Zəlzələdən dərhal sonra 28 nəfərlik axtarış-xilasetmə qrupu və texniki avadanlıqdan əlavə, 5 TIR yükü 100 ton ərzaq, dərman və sudan ibarət təcili yardım paketi Əlican Sərhəd Qapısından keçərərk Adıyamana doğru istiqamət alıb”.
Cənab Kılıç Ermənistanın Türkiyədəki xüsusi nümayəndəsi Ruben Rubinyana da təşəkkür edib. Ermənistan parlamentinin sədr müavini olan Rubinyan da humanitar yardım aparan yük maşınlarının Ermənistan-Türkiyə sərhədini keçərək zəlzələ bölgəsinə doğru yola düşdüyünü bildirib və “Kömək edə bildiyim üçün xoşbəxtəm” deyib.
TRT-nin məlumatına görə, Alican Sərhəd Qapısı sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra Türk Qızıl Ayparasının zəlzələ bölgəsinə yardım göndərməsi üçün istifadə edilib. Son 20 ildə iki ölkənin yaxınlaşması zamanı bu sərhəd-keçid məntəqəsinin açılması zaman-zaman gündəmə gəlib və bunun Ermənistan iqtisadiyyatına böyük töhfə verə biləcəyi bildirilib.
Mənbə: BBC.com