“Hələ 100 il öncə Azərbaycanda Birinci Dünya Müharibəsi və Milli Mübarizə illərində hər zaman “Qardaş köməyi” adı ilə yardım toplanırdı. Təkcə imkanlılar deyil, Azərbaycan xalqı əllərində nə varsa, Türkiyəyə göndərirdi. “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” Birinci Dünya Müharibəsi illərində qardaş Türkiyəyə yardımlarını davam etdirirdi. “Qardaş köməyi” adlı nəşri çıxararaq gəlirlərini Türkiyəyə göndərən azərbaycanlı jurnalistlər xalqın səsinə çevrilmişdi”.
Bu sözləri Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç mediaya açıqlamasında bildirib. Qeyd edib ki, 100 il sonra baş verən zəlzələdən dolayı Türkiyə yenə də böyük bir fəlakətlə üz-üzədir. Bu gün yenidən “Qardaş Köməyi”nə ehtiyac var. “Bakı-Türk Təhsil” qurumları, “Türkiyə Əsri Birlik və Həmrəylik” platforması və “Qardaş Köməyi” platforması müxtəlif yardım kampaniyaları təşkil edir.
“Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var. Aşağıda nömrələri və adları qeyd olunan kampaniyaya sizləri dəvət edir, dəstəyinizi gözləyirik” – deyə S. Karakılıç əlavə edib.
Siyahıda verilən əşyaların təmin edilməsi və zəlzələdən zərər görmüş bölgələrə maddi yardımın göstərilməsi üçün aşağıdakı ünvanlara yardım toplanılmasını təşkilində və məlumatın yayılmasında dəstəyimizi əsirgəməyək.