33 C
Baku
20 İyul 2025, 19:07
Baş xəbərDünya

374 gündür kosmosda olan rus kosmonavtları Yerə qayıdıblar

Beynəlxalq Kosmik Stansiyada 374 gün dalbadal qalaraq rekord qıran iki rus kosmonavtı Yer kürəsinə enib. Beynəlxalq Kosmik Stansiyada (BKS) 374 gün xidmət edən iki rusiyalı kosmonavt Yerə qayıdıb.

Bu uzunmüddətli missiya həm Rusiya kosmik proqramı, həm də bütün dünyada kosmik tədqiqatlar üçün mühüm mərhələ olub.

Kosmosda 374 gün qalaraq rekord qıran iki rusiyalı kosmonavt Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yer kürəsinə uğurla enib.

60 yaşlı Konenko müxtəlif vaxtlarda 5 dəfə gedib və ümumilikdə 1111 gün kosmosda qalıb. O, kosmosda ən uzun müddət qalma rekordunu qırıb.

Kosmosda ardıcıl olaraq ən uzun müddət qalma rekordu rusiyalıya məxsusdur. Rusiyalı kosmonavt Valeri Polyakov 1994-1995-ci illər arasında Mir kosmik stansiyasında 438 gün qalaraq rekord qırıb.

Rusiyanın Beynəlxalq Kosmik Stansiya ilə tərəfdaşlığı siyasi gərginlik və stansiyanın ömrünün sonuna yaxınlaşması səbəbindən gərginləşib.

Rusiya öz stansiyasını yaratmaqla kosmik tədqiqatlarda müstəqilliyini təmin etməyi hədəfləyir. Lakin gecikmələr səbəbindən bu planı həyata keçirə bilməyib.

Rusiyanın Kosmik Agentliyi Roskosmos Asiya, Afrika və Yaxın Şərqdəki tərəfdaşlıq üçün ölkələrlə əlaqə saxlayır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bayraq dirəyinə çıxan şəxs son anda xilas oldu

Bugün TV

“Tibb işçilərinin öldürülməsi məsuliyyətə cəlb edilməli olan müharibə cinayətidir”

Aynur Camal

Qırmızı ay yüksəlir: Tam Ay tutulması üçün geri sayım başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu