19 C
Baku
22 Noyabr 2024, 16:02
Baş xəbərSiyasət

“Azərbaycan Cənubi Qafqazdakı sabitlik və stabillik üçün sülhə olan bağlılığını bir çox platformalarda göstərib”

“Münxen görüşü ölkəmizin etimadını artıracaq”- bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov Bugun.tv – yə müsahibəsində bildirib: “Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 17-19-da Almaniyada səfərdə olub və səfəri çərçivəsində bir sıra görüşlər keçirib, plenar iclaslara qatılıb. Daha əvvəllər də cənab Prezident dəfələrlə Azərbaycanın Cənubi Qafqazdakı sabitlik və stabillik üçün sülhə olan bağlılığını bir çox platformalarda göstərmişdi. Xatırladım ki, Ermənistan Praqa görüşündə Azərbaycanla sülhlə bağlı müəyyən öhdəlikləri üzərinə götürsə də, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, daha sonra Fransa və müəyyən dairələrin təhrikləri ilə sülhü sabotaj edən addımlar atdı. Amma istənilən halda cənab Prezidentin Ermənistan tərəfindən Azərbaycana göndərilən sülh təklifləri ilə bağlı təqdirəlayiq açıqlamasını verməsi ölkəmizlə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması fonunda önəmli bir irəliləyişə səbəb olacaq. Hər halda Ermənistan da bundan əvvəl Azərbaycanın beş maddəlik təklifini qəbul etdiyini açıqlamışdı. Bu baxımdan Münxen görüşü və orada aparılan müzakirələr iki ölkə arasındakı etimad mühitinin qurulması ilə bağlı növbəti addımlarda irəliləyişlərə səbəb olacaq”.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Nigar Məmmədova

Ölənlərin sayı 22 minə yaxınlaşdı

Teymur Əziz

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu