22 C
Baku
9 Sentyabr 2025, 1:41
Baş xəbərHadisə

390 hektar ərazi kül oldu

Bugun.tv xəbər verir ki, ötən gün İzmirin Aliağa və Menderes rayonlarında baş verən yanğına 8 təyyarə, 11 helikopter, 52 suvaran , 18 su təchizatı maşını, 17 tikinti texnikası, 8 ilk müdaxilə qrupu və 660 personal müdaxilə edib. Digər tərəfdən, Aliağada baş verən yanğında 4 evə ziyan dəyib, 1 ev isə tamamilə yanıb. Axşam saatlarında hər iki yanğın nəzarət altına alınarkən bölgədə soyutma işlərinə başlanılıb. Nəzarət altına alınan yanğından zərər çəkmiş ərazilərdə aparılan soyutma işləri günün işığı ilə havadan davam etdirilib. Yanğınlarda Aliağada 120 hektar, Menderesdə 270 hektar olmaqla cəmi 390 hektar sahə külə dönüb. Aliağada meşə yanğınının kəndlilərin zeytunluqda qaynaq işləri apararkən ətrafa sıçrayan qığılcımlar səbəbindən başladığı öyrənilib. Jandarma hadisə ilə bağlı şübhəliləri saxlayıb. Səhiyyə naziri Fahrettin Koca Twitter hesabından etdiyi paylaşımda 1-i ağır olmaqla 12 nəfərin yanğından zərər çəkdiyini, 11-nin meşə işçisi olduğunu açıqlayıb.

Sabahın məlumatına görə, dünən axşam Adananın Karaisalı rayonunda baş verən meşə yanğınına qruplar, 2 helikopter və bir təyyarə müdaxilə edib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İslam Həmrəyliyi Oyunları: Azərbaycanın kişilərdən ibarət komandası gümüş medal qazanıb

Bugün TV

Nazirliyin rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görüldü

Aynur Camal

Aynur Rzayeva dünya çempionatının yarımfinalına yüksəlib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu