19 C
Baku
8 Sentyabr 2024, 3:42
Baş xəbərSosial

Hərbi liseydə orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə toplantı keçirilib – VIDEO

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə cəlbediciliyin artırılması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə toplantı keçirilib.

Toplantıda Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər.

Nazirliyin verdiyi məlumata görə, toplantı iştirakçıları əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiram nümayiş etdiriblər.

Ziyarətçilərə mərkəzin zəngin ekspozisiyası barədə ətraflı məlumat verilib. Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən tarixi sənədlər, fotolar, kitablar qonaqlarda böyük maraq oyadıb. Dahi şəxsiyyətin bütün sahələrdə olduğu kimi Ordu quruculuğu istiqamətində də gördüyü misilsiz fəaliyyətlərindən bəhs edilib.

Sonra hərbi lisey şəhərciyində xalqımızın igid oğlu Cəmşid Naxçıvanskinin şərəfinə ucaldılan abidə qarşısına gül dəstələri düzülərək ehtiram nümayiş olunub.

Daha sonra Hərbi lisey ərazisində təşkil olunan silah, əşya və ərzaq təminatı növlərindən ibarət təlim nöqtələri ilə tanışlıq olub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunun inkişafı, qüdrəti və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə müxtəlif mövzular haqqında çıxışlar edilib, maraq doğuran suallar cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu ordu quruculuğu siyasətinin əhəmiyyəti, hərbi qulluqçular və onların ailələrinin sosial müdafiəsinin önəmi qeyd olunub. Məktəblilərin sosial şəbəkələrdəki fəaliyyəti, əxlaq və milli-mənəvi dəyərlərinin qorunması, habelə gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu haqqında çıxışlar dinlənilib.

Qeyd edilib ki, son zamanlar xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən gənclərin sayı daha da artıb. Gənc nəslin hərbi peşəyə maraq göstərməsinin onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin müsbət nəticəsi olduğu diqqətə çatdırılıb.

Sonda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları barədə hazırlanmış videoçarx nümayiş etdirilib.

Aynur Camal

Oxşar xəbərlər

İranın hərbi nümayəndə heyəti Ağdamda olub

Bugün TV

Fransada din və etnik mənsubiyyətə görə irqçi cinayətləri artıb

İntizar Əmirova

Hava limanı yolunda yanğın baş verd

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu