14 C
Baku
22 Noyabr 2024, 10:05
Baş xəbərSosial

4 ayda daha 986 şəxs işlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata əsasən, Dövlət Məşğulluq Agentliyi icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verib.

Onlardan 732 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır.

Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Bu da həmin işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 683 (o cümlədən bu ilin yanvar-aprel ayları ərzində 198) işəgötürənlə əməkdaşlığa başlanıb.

Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında ötən dövrdə artıq 2146 nəfər işlə təmin edilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Dmitri Medvedev Ukraynada tikiləcək olan “Rheinmetall”- tank zavodunu kaliber zərbələri endirməklə hədələdi

Aynur Camal

2023-cü ilin ilk Günəş tutulması gözlənilir

Aynur Camal

İçməli su heyvan qanından alınacaq?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu