Bugun.tv xəbər verir ki, Hatayın Kırıkhan rayonunda zəlzələlər nəticəsində böyük ziyan görən 4 mərtəbəli bina öz-özünə uçub. Ekipajlar dağıntılar arasında heç kimin olmadığını bildiriblər.
TRT Haberin məlumatına görə, bölgəyə xilasetmə və polis qrupları gəlib. Dağıntıların təmizlənməsi işlərinə başlanılıb.
Xatırladaq ki, uçan bina fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra yarasız hala düşmüşdü.
Müxbir: Şəms Elnurqızı
