17 C
Baku
10 İyun 2025, 5:07
Baş xəbərKriminal

4 xarici vətəndaş saxlanıldı

Bugun.tv-yə Dövlət Sərhəd Xidmətindən daxil olan məlumata görə, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Belə ki,  cari ayın əvvəlində dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər xarici ölkə vətəndaşları saxlanılıb.

Onlardan 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşlarıdır.

Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərənlərə bələdçilik edən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilmişdir.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bugün TV

Oxşar xəbərlər

İtkin düşən 11 dənizçinin axtarışları davam edir

Aynur Camal

ABŞ Çinlə müharibə olacağı təqdirdə yüksək qiymət ödəyəcək

Aynur Camal

Baş nazir qərar imzaladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu