HƏMAS İsrailin hücumları nəticəsində Qəzza zolağında aclıq səbəbilə ən azı 40 uşağın həyatını itirdiyini açıqlayıb.
HƏMAS Siyasi Bürosunun üzvü İzzat El-Rişk verdiyi yazılı açıqlamada Qəzzada 3500 uşağın düzgün qidalanmaması, qida əlavələri və peyvəndlərin olmaması səbəbindən ölüm riski ilə üzləşdiyini bildirib.
İsrailin hücumları səbəbiylə Qəzzaya humanitar yardımın çatmaması nəticəsində indiyədək ən azı 40 uşağın aclıqdan öldüyünü qeyd edən Rişk Qəzzada humanitar şəraitin gündən-günə pisləşdiyini bildirib.
Rişk açıqlamasına belə davam edib:
“Dünya müsəlmanları Qurban bayramını qeyd edərkən Qəzza zolağında aclıq və susuzluqla üzləşən fələstinlilər əsl faciə yaşayırlar. Fələstinlilərə qarşı nasist (İsrail) işğalının qırğınları davam edir”.
Qəzza sakinlərinin 9 aydır İsrail bombardmanlarına məruz qaldığını və evlərinin dağıdıldığını bildirən Rişk, qəzzalıların 17 ildən artıqdır ki, davamlı mühasirədə yaşadıqlarını xatırladıb.
HƏMAS Siyasi Bürosunun üzvü Rişk beynəlxalq ictimaiyyəti və İslam dünyasını çətin həyat şəraitində sağ qalmağa çalışan və ən elementar qidaya belə ehtiyacı olan Qəzza xalqına təcili humanitar dəstək verməyə çağırıb.
Dünən verdiyi açıqlamada Həmas, İsrailin Qəzzada sərhəd qapılarını bağlayaraq və yardım girişinin qarşısını alaraq həyata keçirdiyi “aclıq siyasəti”ni dərhal dayandırmağa çağırıb.
Açıqlamada, “Qəzzə zolağında uşaq, qadın və qocaların da olduğu dinc əhaliyə qarşı aclıq müharibəsi davam edir. Xüsusilə Qəzzanın şimalında aclıq və humanitar fəlakətin izləri getdikcə artır” deyə bəyanatlar daxil edilmişdir.
İyunun 17-də hökumətin Qəzzadakı media ofisi tərəfindən edilən yazılı açıqlamada, İsrail və ABŞ rəhbərliyinin Qəzza zolağında mülki insanlara qarşı humanitar yardım və qida məsələlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyi, aclığı dərinləşdirdiyi və qəsdən istifadə etdiyi bildirilib.
Media ofisi iyunun 3-də verdiyi açıqlamada Qəzzada 3500 uşağın aclıq səbəbindən ölümlə üz-üzə qaldığını açıqlayıb.
İsrailin Qəzzada qırğını
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 257 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi, bu hücumlarda daha 24 fələstinlinin həyatını itirdiyi, 71 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 396-ya, yaralıların sayı isə 85 min 523-ə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Mənbə: TrtHaber