4 C
Baku
14 Dekabr 2025, 21:36
Baş xəbərDünya

450 min uşaq evlərini tərk etmək məcburiyyətində qaldı

Bugun.tv xəbər verir ki, UNICEF-in icraçı direktoru Ketrin Rassel Sudandakı münaqişə səbəbindən 82 min uşağın qonşu ölkələrə getdiyini, 368 min uşağın isə məcburi köçkün olduğunu açıqlayıb.

Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel yazılı açıqlamasında “Sudandakı amansız qarşıdurma bu ölkədəki uşaqların həyatına çox pis təsir edir” deyə xəbərdarlıq edib.

UNICEF-in uşaqlara humanitar yardım göstərmək üçün səylərini artırdığını qeyd edən Russell, minlərlə uşağın təhlükəsizlik axtarışında evlərini tərk etməsinin travmatik təsirlərinə diqqət çəkib.

Beynəlxalq ictimaiyyətin və humanitar tərəfdaşların köməyi və dəstəyinin həyati əhəmiyyət daşıdığını qeyd edən Rassel əlavə vəsait və resurs istəyib.

UNICEF daha əvvəl Sudandakı qarşıdurmada 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını bildirmişdi.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında paytaxt Xartum və Sudanın digər şəhərlərində Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.

“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Donald Tramp Netanyahu ilə görüşdü: “Biz eyni tərəfdəyik”

Aynur Camal

Səmada “Nərə balığı ayı” çıxacaq. Bu fenomen nədir?

Aynur Camal

3 milyard işıq ili uzaqlıqda fosil qalaktikası kəşf edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu