26 C
Baku
21 İyul 2025, 5:20
Baş xəbərDünya

450 qatar sərnişini girov götürüldü

Bəlucistan Azadlıq Ordusu təşkilatı Pakistanda qatara silahlı hücum edib və sərnişinləri girov götürüb.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yaraqlılar sərnişin qatarını atəşə tutub.

Hücuma görə məsuliyyəti üzərinə götürən Bəluc Azadlıq Ordusu qatardan girov götürdüklərini iddia edib. AFP xəbər verir ki, 450 nəfər girov götürülüb.

 ARASINDA TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ VAR

Bəluc Azadlıq Ordusu təhlükəsizlik qüvvələri də daxil olmaqla, qatardan girov götürdüklərini açıqlayıb.

Hadisədən sonra təhlükəsizlik qüvvələri Bəlucistanın Bolan bölgəsindəki Müşqaf bölgəsinə gedib.

Hökumət sözçüsü Şahid Rind bəyan edib ki, Bəlucistan hökuməti fövqəladə tədbirlər görüb və bütün müvafiq qurumlar vəziyyətə nəzarət etmək üçün səfərbər olunub.

Bəlucistandakı silahlı qruplar illərdir hökumətə və orduya qarşı üsyan edir və Çinin bölgədəki iqtisadi maraqlarını hədəf alan hücumlar həyata keçirir.

Bəluc Azadlıq Ordusu Bəlucistanın müstəqilliyini tələb edən ən böyük etnik üsyançı qrup kimi tanınır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Nazir Peter Siyartonun Azərbaycana səfəri başlayıb

Aynur Camal

NATO ölkələri müdafiə xərclərini artırdılar

Şükufə Ramizqızı

Sisidən Donald Trampın seçki qələbəsinə mesaj: Yaxın Şərqə sülh gətirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu