Dünya

46 sənət əsəri səhvən atıldı

Hollandiyanın Maaşorst bələdiyyəsi 46 sənət əsərinin, o cümlədən amerikalı pop sənətçisi Endi Uorholun bir əsərinin şəhər meriyasında təmir işləri zamanı təsadüfən atıldığını açıqlayıb.

İtkin işlərin ümumi dəyərinin təxminən 22 min avro olduğu bildirilib.

Uorholun 1980-ci illərdə hazırladığı Hollandiya Kraliçası Beatrixin ipək ekranı bələdiyyənin kolleksiyasının yenidən təşkili zamanı səhvən “həcmli tullantılarla” birlikdə atılıb.

Sözügedən əsər rəssamın xarakterik pop-art üslubunu əks etdirir. Səlahiyyətlilər artıq itkin əşyaları tapmaq mümkün olmadığını bildirir.

Daşqınlar, mühafizəsiz saxlama və gec hesabat vermə itkilərə səbəb olub

Bildirilib ki, meriya binasında aparılan abadlıq işləri zamanı işlərin zirzəmidə mühafizəsiz saxlanılması, yerlərinin tez-tez dəyişdirilməsi, 2023-cü ildə baş verən su sızması nəticəsində zədələndiyi bildirilib.

Noyabr ayında itkin düşdüyü bildirilən əsərlərdən sonra yerli polis araşdırmalara başlayıb. Lakin araşdırma zamanı məlum olub ki, bələdiyyə kifayət qədər çevik addım atmayıb.

Oxşar hadisə əvvəllər də baş vermişdi

Bu, Hollandiyada sənət əsərlərinin təsadüfən zibil qutusuna atılması ilə bağlı ilk hadisə deyil. 2024-cü ildə Lissedəki LAM Muzeyində bir lift texniki fransız rəssamı Alexandre Lavetin iki boş pivə qutusundan ibarət əsərini zibil qutusu ilə səhv salaraq yerə atıb.

Qutular zibil torbasından bütöv şəkildə çıxarılaraq yenidən sərgiyə qoyulmuşdu.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada atəşkəs üçün son şans! Danışıqlar İsrail üçün qalxan ola bilər

Aynur Camal

Qırğızıstan lideri qardaşı oğlunu həbs etdi

Aynur Camal

Məktəbə bıçaqlı hücum: 3 nəfər yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu