27 C
Baku
28 İyun 2025, 11:36
Dünya

469 fərqli səs araşdırıldı: Afrika filləri bir-birlərinə xüsusi səslərlə müraciət edirlər

Yeni bir araşdırmada Afrika fillərinin adlarına bənzər xüsusi səslər çıxararaq bir-birlərinə müraciət etdikləri müəyyən edilib.

Tədqiqatçılar 1986-2022-ci illər ərzində Keniyanın Amboseli Milli Parkı və Buffalo Springs Milli Qoruğunda fillərin çıxardığı 469 fərqli səsi tədqiq ediblər.

Delfinlərin və tutuquşuların həmsöhbətlərinin səslərini təqlid edərək cavab verdiyini bildirən tədqiqatçılar, Afrika fillərinin təqlid etmədən bir-birlərini çağırarkən xüsusi səslər çıxardıqlarını ortaya çıxarıblar.

Fillərin səslərini qeydə alan tədqiqatçılar bu səslərin akustik quruluşunun filin çağırılmasından asılı olaraq dəyişdiyini müəyyən ediblər.

Tədqiqatçılar fillərin özlərinə və ya başqa bir filə ünvanlanan çağırışlara verdiyi cavabları araşdırdıqda, özlərinə müraciət edərkən istifadə edilən səsləri eşidən fillərin digər fillərə səslənəndən daha sürətli və daha yüksək səslə cavab verdiyini müşahidə etdilər.

Araşdırma “Nature Ecology and Evolution” jurnalında dərc olunub.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Mikroavtobus qəzasında 12 nəfər öldü: Meşə yanğını baş verdi

Aynur Camal

Covid-19-un Çin laboratoriya insidentindən qaynaqlandığı təsdiqləndi

Aynur Camal

Finlandiya səfirliyinə içində barıt olan üç zərf göndərildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu