22 C
Baku
27 İyul 2025, 10:27
Baş xəbərKriminal

5 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Narkotik vasitələr

Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığ Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı İ.Hüseynovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi müəyyən olunub. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Qarabağ Bəyannaməsi imzalandı

Bugün TV

London İngiltərənin ən tez qocalan şəhəri oldu: Orta yaş 55-i keçir

Aynur Camal

Çindən Qəzza mesajı: Mülki əhali və mülki obyektlər heç vaxt hədəf olmamalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu