7 C
Baku
4 Dekabr 2024, 12:40
Digər

50 nəfər cadugərlikdə mühakimə olundu

Bugun.tv xəbər verir ki, Anqolanın Camakupa şəhəri ərazisində cadugərlikdə günahlandırılan və içməyə zəhər verilən onlarla insan yaralanıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Yerli şuranın sözçüsü Lucia Filemon, “50-dən çox qurban sirli bir maye içməyə məcbur edildi, cadugərlərin fikrincə, bu, şəxsin cadu ilə məşğul olub-olmadığını sübut edir”. Polisin məlumatına görə, cadugərliyə görə məhkum edilmiş 50 nəfər edamdan sağ çıxa bilməyib.

Bu ölkədə geniş yayılmış bir inanca görə, şəfaçılar tərəfindən hazırlanan mbulunqo adlı xüsusi içkinin köməyi ilə cadugərləri asanlıqla tanımaq olar. Sehrbazlar üçün bu içki zəhərdir. Mbulunqo içən adi insanlar guya sağ qalırlar. Bu, günahkarlıq və ya təqsirsizlik sübutu hesab olunur.

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Bakıda bələdiyyə binası yanıb

Aynur Camal

Ölənlərin sayı 37 min 164-ə yüksəldi

Kəmalə Sultan

Bi-2 qrupunun beş musiqiçisi Banqkokdakı müvəqqəti saxlama mərkəzinə yerləşdirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu