27 C
Baku
27 İyun 2025, 21:48
Dünya

5000 illik Misir Mavisi geri qayıdır

Qədim Misirin ən qədim sintetik piqmenti olan Misir Mavisi elm adamları tərəfindən 5 min ildən sonra təkrar istehsal edilmişdir.

Təxminən 5000 il əvvəl misirlilər tərəfindən hazırlanmış, tarixdə məlum olan ilk süni boya olan Misir Mavisi müasir elm sayəsində çoxalmışdır. Vaşinqton Dövlət Universiteti, Karnegi Təbiət Tarixi Muzeyi və Smithsonian Muzey Mühafizəsi İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada Misir mavisi 12 fərqli reseptlə sintez edilib və yüksək temperaturda 11 saat bişirilib. Qədim Misir dövründə firon məzarlarından tutmuş müqəddəs obyektlərə qədər bir çox əsərdə istifadə edilən Misir Mavisi, İntibah dövrü rəssamları tərəfindən də təqlid edilmişdir.

Misir mavisinin çılpaq gözlə görülməyən işıq yayan xüsusiyyətlərinə görə gələcəkdə barmaq izinin alınması və ya saxtakarlıqdan qorunmaq üçün mürəkkəb kimi istifadə ediləcəyi gözlənilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Kosmetika haqqında bilməli olduğunuz 8 əsas nüans – dəriyə qulluq və dekorativ

Aynur Camal

Yaponiyanın iki əyalətini alov bürüdü

Aynur Camal

20 aviaşirkət İsrailə uçuşları dayandırdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu