6 C
Baku
25 Fevral 2026, 2:23
DünyaSiyasət

517 aviareys ləğv edildi

Ukrayna ordusunun 19-22 iyul tarixlərində paytaxt Moskva və Sankt-Peterburqa pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar səbəbindən Rusiyada 517 uçuşun ləğv edildiyi açıqlanıb.

Rusiya Nəqliyyat Nazirliyi 19-22 iyul tarixləri arasında Moskva və Sankt-Peterburq hava limanlarında Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarına görə yaşanan problemlərin təfərrüatları ilə bağlı açıqlama yayıb.

Açıqlamada Moskva və Sankt-Peterburq hava limanlarında 75 min sərnişinin hücumlara görə tətbiq edilən məhdudiyyətlərdən təsirləndiyi, ümumilikdə 517 reysin ləğv edildiyi qeyd edilib.

16.000-DƏN ÇOX BİLETİN ÖDƏNİŞİ GERİ VERİLDİ

Açıqlamada sözügedən günlərdə 16 mindən çox biletin geri qaytarıldığı, 169 reysin başqa şəhərlərdəki hava limanlarına yönəldildiyi vurğulanıb.

İyulun 19-dan etibarən Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrini, xüsusən də Moskvanı hədəf alan pilotsuz təyyarələrlə hücumlara başlayıb. Pilotsuz təyyarələr Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna müharibəsinin ən uzun fasiləsiz cəbhə xətti xəritələndirildi

Aynur Camal

Bilirdinizmi? Ən çox neft ixrac edən ölkə dəyişib?

Aynur Camal

Dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald Ford ABŞ-ın Kritdəki bazasına çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu