30 C
Baku
9 İyun 2025, 13:42
Dünya

52 il əvvəl yoxa çıxan qadın sağ-salamat tapıldı

Britaniyada ən uzun müddət davam edən itkin düşmüş işlərdən biri açılıb. 52 il əvvəl Koventridə itkin düşən Şeyla Foks polisin yeni çağırışından sonra sağ-salamat tapılıb.

1972-ci ildə 16 yaşında yoxa çıxan Şeyla Foksun hazırda 68 yaşı var və ölkənin başqa bir yerində yaşayır.

O zaman West Midlands polisi Foksun ailəsi ilə yaşadığını və bir kişi ilə münasibətdə ola biləcəyini bildirərək gənc qızın bölgəni tərk etmiş ola biləcəyi ehtimalını nəzərdən keçirirdi.

Bazar günü West Midlands polisi uzun illərdən sonra Foksu tapmaq üçün yeni bir müraciət etdi. Polis sosial media hesablarında və internet səhifələrində onun itkin düşdüyü vaxtdan foto paylaşaraq qısa zamanda ictimaiyyətdən məlumat alıb.

Çərşənbə günü verilən açıqlamada Şeyla Foksun sağ və sağlam olduğu açıqlanıb.

 “İctimaiyyətin köməyi ilə nəticə əldə etdik”

Polis sözçüsü dedi: “Biz West Midlands polis tarixində ən uzun müddət davam edən itkin düşmüş şəxslərlə bağlı araşdırmalardan birinin yekunlaşdığını elan etməkdən məmnunuq. “Onun yoxa çıxdığı vaxta aid bir fotonu ictimaiyyətlə paylaşdıq və saatlar ərzində aldığımız məlumatla ona çatdıq.

Soyuq dava qrupundan detektiv serjant Jenna Shaw dedi: “Biz əlimizdə olan bütün dəlilləri araşdırdıq və Şeylanın şəklini tapa bildik. Həmçinin biz kiçik bir komanda ilə işləyirik və ictimaiyyətin köməyi ilə bu işi həll etməyə müvəffəq olan detektiv Shaun Reeve-nin səylərini qeyd etmək istərdim.”

“Hər bir itkin insanın bir hekayəsi var və onların ailələri və dostları bu hekayəni bilməyə və mümkünsə yaxınlarına qovuşmağa layiqdirlər”, – deyən Şou bu işin bağlanmasını görməkdən məmnun olduqlarını bildirib. “Həll etmək üçün uzun illərdir çalışdıq” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kanadalı turistin çamadanından çıxanlar şoka düşüb! İldə bir dəfə tutulurlar

Aynur Camal

“Urmiya gölü problemi böhran həddinə çatıb”

Aynur Camal

İraqın şimalında keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu