19 C
Baku
8 Sentyabr 2024, 3:27
Baş xəbərSosial

Pensiya ödənişlərinə ayrılan vəsait açıqlandı

Bugun.tv-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, 2023-cü ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (234 mln. manat) çox olmaqla 1 mlrd. 891 mln. manat vəsait yönəldilib.

Pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 465 manata çatıb.

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu ilin yanvar-aprel ayları ərzində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

“Erməni vəhşiliyinin növbəti təzahürü”

Bugün TV

Medianın sülhyaratma prosesində iştirakını artırmaq üçün tədbirlər keçiriləcək

Nigar Məmmədova

İtkin düşən şəxs ölü tapıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu