24 C
Baku
5 Sentyabr 2025, 6:28
Baş xəbər

56-cı Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar

21–30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.

Bugun.tv-nin Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.

Mənbə:  Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“Yaranan siyasi böhranın davam etməsi gözlənilir”

Aynur Camal

Braziliyada böyük dağıntılar baş verdi: fövqəladə vəziyyət elan edildi

Aynur Camal

Bahalaşmanın əsas səbəbi nədir?- SOSİOLOQ DANIŞDI

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu