Hindistanın Bihar əyalətində 56 yaşlı Nasim Qureşi bir qrup şəxs tərəfindən öldürülüb. İlkin ehtimala görə, o mal əti daşımaqda şübhəli bilindiyi üçün hücuma məruz qalıb. Faktla əlaqədar üç nəfər həbs edilib.
Bugun.tv xəbər verir ki, bu barədə Hindistan polisi Reuters xəbər agentliyinə bildirib.
Qeyd edək ki, inəklər hinduizmdə müqəddəsdir. Onu kəsən və ya dərisinə görə öldürənlər tez-tez bu cür hücumlara məruz qalırlar.
Qətiyyətli hindu qrupları Hindistanda inək kəsilməsinə tam qadağa qoyulmasını tələb edirlər.