8 C
Baku
21 Dekabr 2025, 20:56
Baş xəbərKriminal

5694 manat pulu gizli yolla talayan saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov paytaxt ərazisində saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs mağazaya qanunsuz daxil olaraq orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisində olan 5694 manat pulu gizli yolla talayıb. Bundan sonra isə, o, izini itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Peter kiçik dostlarıyla görüşdü

Bugün TV

Çempionlar Liqası olaraq paylaşıldı! Masanın üstündəki bütün tanınmışlar bir-bir cavab verəcək

Bugün TV

Xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində Azərbaycan əsgəri ölüb

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu