Kanada meşə yanğınları ilə mübarizə aparır. Kanadanın qərbindəki meşə yanğınları bütün ölkəni həyəcanlandırıb. Britaniya Kolumbiyasında son bir həftədə 58 mindən çox ildırım vurması yeni yanğınlara yol açıb. Albertada 176 aktiv yanğınla mübarizə aparılır. Jasper Milli Parkında başlayan və küləyin təsiri ilə sürətlə yayılan alov Jasper qəsəbəsinə çataraq ciddi fəsadlar törədib.
Kanadada milli parkda baş verən yanğın yaşayış məntəqələrinə də keçib. Yerli rəsmilər dəymiş ziyanın miqyasının hələlik bəlli olmadığını bildiriblər. Yanğınsöndürənlər həm yaşayış məntəqələrini qorumaq, həm də böyük iqtisadi əhəmiyyət kəsb edən Trans Dağ Boru Kəmərinin təhlükəsizliyini təmin etmək üçün gərgin səylər göstərirlər.
Britaniya Kolumbiyası Meşə Yanğından Mühafizə Xidmətinin məlumatına görə, son bir həftədə əyalətdə 58 mindən çox ildırım vurması yeni yanğınlara səbəb olub. Britaniya Kolumbiyası əyalətində 433, Alberta əyalətində isə 176 yanğınla mübarizə aparılır. Alberta əyalətindəki Jasper Milli Parkından yayılan alov yaşayış məntəqələrinə də çatıb. Yerli rəsmilər bildiriblər ki, alov Jasper qəsəbəsinə ciddi ziyan vurub. Dəyən zərərin miqyası hələ məlum olmasa da, yanğınsöndürənlərin Trans Dağ Boru Kəmərini qorumaq üçün sıx səy göstərdiyi bildirilib.
Kanadanın Baş naziri Castin Trudeau, hökumətinin Alberta əyalətinin federal yardım tələbini təsdiqlədiyini açıqladı. Baş nazir Trudeadu, “Biz dərhal Kanada Silahlı Qüvvələrinin qaynaqlarını, evakuasiya dəstəyini və fövqəladə meşə yanğınları resurslarını əyalətə göndəririk. Yanğınsöndürmə və havadan yardım dəstəyini koordinasiya edirik. Alberta, sizinləyik” deyib.
Digər tərəfdən, ildə 2 milyondan çox turistin ziyarət etdiyi milli park və qəsəbədə təxminən 25 min insan çərşənbə axşamı yanğınlar səbəbilə ərazidən təxliyə edilib.
Mənbə: TGRT