Bugun.tv xəbər verir ki, Ukraynanın cənubundakı Xerson şəhərində cümə günündən etibarən 58 saatlıq komendant saatı elan edilib.
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukrayna tərəfindən yeni bir qərar verilib.
Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin keçən həftə bildirib ki, cümə günündən Ukraynanın cənubundakı Xerson şəhərində 58 saatlıq komendant saatı tətbiq olunacaq.
Bundan əlavə, şəhərin giriş-çıxışlara bağlı olacağını ifadə edən Prokudin, bölgə sakinlərinin ehtiyaclarını ödəmək üçün evlərinin yaxınlığındakı mağazalara gedə biləcəklərini bildirib.
Bu gün Rusiyanın Xersonda bazara təşkil etdiyi hücumda isə azı 3 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.
Xatırladaq ki, noyabr ayında isə Rusiya qoşunlarını Ukraynadan ilhaq etdiyi yeganə regional paytaxt Xerson şəhərindən çıxartmışdı.
Mənbə: hurriyyet.tr