27 C
Baku
28 İyun 2025, 10:45
Baş xəbərSosial

6 335 şəxs sosial və peşə-əmək xidməti ilə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata əsasən, Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.

Onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 159 şəxsə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.

Eyni zamanda, 448 imtiyazlı şəxs Agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.

Aynur Camal

Oxşar xəbərlər

Övladlığa götürüləcək şəxslər aylıq nə qədər sosial müavinət təmin olunacaq?

Aynur Camal

ABŞ-dan İsrail və Həmas-a “Yaxşı, ya davam et” təklifi!

Aynur Camal

THY reysləri ləğv etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu