Bugun.tv xəbər verir ki, Yeni Moskvada Varşava şossesinin 49-cu kilometrliyində 6 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə paytaxtın Dövlət Yol Müfəttişliyi öz Telegram kanalında məlumat yayıb.
Qurbanlar arasında iki uşaq da var. Yol polisi idarəsi bildirib. İdarənin yaydığı kadrlara əsasən, magistral yolda bir neçə yük maşını və minik avtomobili toqquşub. Qəza baş verən ərazidə nəqliyyatın hərəkəti çətinləşib.
“Hazırda Dövlət Yol Müfəttişliyinin əməkdaşları hadisə yerində işləyir və hadisənin bütün hallarını müəyyənləşdirirlər” Dövlət Yol Müfəttişliyinin məlumatında deyilir. Paytaxt prokurorluğu araşdırmaya başlayıb.
Fevral ayında Sverdlovsk vilayətində Yekaterinburq-Tyumen avtomobil yolu böyük qəzaya görə hər iki istiqamətdə bağlanıb. İştirak edən səkkiz maşından beşi yük maşını olub.
Mənbə lenta.ru