Bugun.tv xəbər verir ki, İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib. Təxminən 162,5 kilometr dərinlikdə meydana gəldiyi bildirilən 6 bal gücündə zəlzələdə ilk təsbitlərə görə can və mal itkisi olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb. Ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.
Müxbir: Şəms Elnurqızı
