12 C
Baku
21 Fevral 2026, 16:18
Baş xəbərHadisəKriminal

6 mindən artıq narkotik tərkibli bitki məhv edildi

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Buz qırıldı və turistləri daşıyan nəqliyyat vasitəsi suya düşdü: 8 nəfər öldü

Aynur Camal

Saxta içki istehlakı nəticəsində 5 nəfər öldü

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Səfərdə olan şəxslər oruc tutmaya bilərlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu