32 C
Baku
19 İyul 2025, 15:13
Baş xəbərİqtisadiyyatSosial

600 manat müavinət kimlərə şamil olunacaq?-EKSPERTDƏN AÇIQLAMA

“Əmək Məcəlləsinə” edilən dəyişikliklərdən sonra Nazirlər Kabineti 2002-ci il 22 avqust tarixli qərarına dəyişiklik edib. Belə ki, yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə- Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutulur.

“Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin, hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. Artıq 600 manat müavinətlərin verilməsinə başlanılır. Belə ki, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər birdəfəlik 600 müavinət ala biləcəklər”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeud edib.

V.Bayramovun fikrincə, bu güzəştlər ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Utilizasiya ilə bağlı ayrıca qanun hazırlanmalıdır”  

Nigar Məmmədova

“Bizim Qafqaz” təşkilatı jurnalistləri təbrik etdi

Bugün TV

WhatsApp şübhəli şəxslərin mesajlarını bloklamağı öyrənib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu